Bloq / Torpağı necə özəlləşdirmək olar?
Torpağı necə özəlləşdirmək olar?
- Emil Xudiyev (Hüquqşünas)
- One Comment
Nəhayət özünüzə uyğun torpaq sahəsini tapdız və hətta orada yaxınlarınız ilə birgə vaxt keçirilməsi üçün komfortlu bir evin tikilməsini planlaşdırdınız?
Tələsməyin! İlk öncə bu torpaq sahəsini düzgün və tam şəkildə qeydiyyata almaq lazımdır.
Azərbaycan Respublikasının Konstitusiyasına və Torpaq Məcəlləsinə əsasən, torpaq sahəsi dövlət, xüsusi və bələdiyyə mülkiyyətində ola bilər. Bu məqalədə mən dövlət və bələdiyyə tərəfindən fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələrinin özəlləşdirilməsi barədə ətraflı şəkildə danışacam.
Azərbaycanda torpağı necə özəlləşdirmək olar?
Torpağın özəlləşdirilməsi üçün əsaslar
Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən torpağın özəlləşdirilməsi üçün aşağıdakı əsaslar mövcuddur:
• Daşınmaz əmlakın satılması, arendaya verilməsi, girova qoyulması, istifadə edilməsinə dair İcra Hakimiyyəti və bələdiyyə orqanları tərəfindən qəbul edilən aktlar.
Məsələn: torpağın ayrılmasına dair İcra Hakimiyyətinin sərəncamı və ya bələdiyyə orqanın qərarı və s;
• 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış – qısa olaraq “Bağçılıq kitabçası”.
Torpağın özəlləşdirilməsi üçün tələb olunan sənədlər
Azərbaycanda torpaq sahəsinin özəlləşdirilməsi üçün aşağıdakı sənədləri təqdim etmək gərəkdir:
1. İcra hakimiyyətinin torpağın ayrılmasında dair müvafiq qərarı;
2. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq yaşayış evinin inşa edilməsi məqsədilə torpaq sahəsinin ayrılması barədə Bələdiyyənin qərarı və alqı-satqı müqaviləsi;
3. 01.12.2007-ci il tarixindən sonra bələdiyyələr tərəfindən satılmıış torpaq sahələdinə dair hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi
4. Torpaq sahəsinin planı və ölçüsü;
5. Əgər torpaq sahəsinin üzərində qurğu varsa torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;
6. Dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Hara müraciət etmək lazımdır?
Torpaq sahəsinin özəlləşdirilməsi üçün tələb olunan bütün sənədlər toplanıldıqdan sonra siz Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Püblik Hüquqi Şəxsin müvafiq ərazi idarəsinə və yaxud Əmlak Xidmətləri Məkanına müraciət etməlisiniz.
Xidmətin Əsasnaməsinə əsasən, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir.
FAQ
Torpaq sahəsinin özəlləşdirilməsinə dair hüquqlar hansı müddətdə qeydiyyata alınır?
Qeydiyyat orqanı imtinaya əsasə olmadığı təqdirdə, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir.
Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir.
EMZE sizə necə kömək edə bilər?
Bu məqaləni oxuduz, amma torpağı özünüz özəlləşdirə və lazımi sənədləri əldə edə biləcəyinizdə əmin deyilsiniz? Problem deyil!
Mən sizə hüquqi yardım göstərməyə, əmlakın satın-alınmasının (torpaq, mənzil, ev, villa və hətta kommersiya obyektləri) bütün mərhələlərində kömək etməyə həmişə hazıram.
Əmlak hüququ sahəsində digər xidmətlərimizlə “Xidmətlər” bölməsində tanış ola bilərsiniz.
Artıq hüquqşünas axtarmaq ehtiyac qalmır, sadəcə Emilə Zəng Elə!
#Torpaq #Tikinti #Azərbaycan #EMZE #Law
Men Xaçmaz royonunun həsənqala kəndi sakini Qəniyeva saniye biz belediye olan Merdan Mustafayevden10 sot torpaq almişiq orda bina tikmişik kupça almaq üçün müraciət etmişik orda bize senedlerin saxda olmaqin bildiribler bunun üçün defelerle Merdan Mustafayeve melumat vermişik sonradan melum olubki Merdan Mustafayev bir çox adami aldadaraq onlarin pularini menibseyib Belediyenin ehdiyat fondundaki torpaqlari bize satib bununla bağlı xaiş edirəm bize kömeklik edesiniz