Vergi və Gömrük

Vergi və Gömrük məsələlərində EMZE sizə necə kömək edə bilər?

      Azərbaycanda biznesə başlayıb vergi və digər məcburi ödənişləri (tibbi sığorta, sosial ödənişlər) artıqlanması ilə  ödəməyə istəmirsiniz? Xarici ölkələrə mal satırsız və ikiqat vergitutmaya cəlb olunursuz?
     Bakıda müvəffəqiyyətlə biznesinin aparılması üçün hansı vergi rejimi (ƏDV, sadələşdirilmiş vergi və s.) daha əlverişli olduğunda əmin deyilsiniz?

      Bu və bütün digər suallarınıza sizin üçün münasib olan istənilən vaxtda dəqiq və düzgün cavab ala bilərsiniz.       

        Vergi və gömrük məsələləri üzrə uzunmüddətli təcrübəyə malik olaraq, sizə aşağıda göstərilən hüquq xidmətləri göstərməyə hazıram:

– Vergi və Gömrük məsələləri üzrə ilkin konsultatsiya;
– İşin detallarının müzakirə edilməsi;
– Problemlərin mümkün həlli yolların və perspektivlərin müzakirə edilməsi.

– Vergi məsələləri üzrə konsultasiya və vergi planlaması;
– Şirkətin vergiyə uyğunluq vəziyyətinin və tövsiyələrinin auditi;
– Vergi öhdəliklərinin planlaşdırılması, restrukturizasiyası və optimallaşdırılmasında hüquqi yardım;
– Azərbaycanda vergitutulma məsələləri ilə bağlı hüquqi məsləhət;
– Rezidentlər və qeyri-rezidentlər üçün ƏDV məsələləri;
– Lazımi sənədlərin hazırlanması (şirkətin nizamnaməsi, ərizə forması, qərar və digər);
– İkiqat vergitutma üzrə konsultatsiya (ikiqat vergitutmanın qarşısının alınması, vergi güzəştlərinin əldə edilməsi və ya ikiqat vergitutma nəticəsində ödənilmiş pul vəsaitlərin geri qaytarılmasında hüquqi dəstək);
– İanə, sponsorluq və digər investisiyalar üzrə xüsusi vergitutma rejimlərinin və vergi güzəştlərinin əldə edilməsi.

– Vergi və Gömrük məsələləri üzrə müştəri mənafelərinin dövlət orqanlarında təmsil edilməsi;
– Əməliyyatlar üzrə vergi və gömrük nəticələri və digər vergi və gömrük məsələləri ilə bağlı hüquqi rəylərin hazırlanması;
– Vergi və gömrük azadolmaları və digər güzəştlərin əladə edilməsi;
– Yaranan və yaranmış mübahisələr üzrə hüquqi risklərin idarəedilməsi;
Əmlak Məsələləri üzrə Dövlət Xidmət, Dövlət Gömrük Komitəsit, and Dövlət Vergi Xidməti və digər dövlət orqanların qərarların mübahisələndirilməsi.

Emilə Zəng Elə!

VƏ YA

İlkin konsultasiyaya yazıl!

Yardım üçün müraciət et!