Qida əlavələrin, dərmanların və
kosmetik vasitələrin qeydiyyatı

Məhsulların qeydiyyatında EMZE sizə necə kömək edə bilər?

БАДы в Азербайджане | Dietary supplements in Azerbaijan

   Farmasevtika və kosmetika şirkətləri üçün ən çox tələb olunan xidmətlərdən biri Azərbaycanda məhsulların qeydiyyatı xidmətidir.
   Məhsulun qeydiyyatı ekspertiza aparılmasını və müvafiq sertifikatın əldə edilməsini nəzərdə tutur. Bu proses zamanı biz məhsulun ekspertizası və sertifikatlaşdırılması üzrə bütün mərhələlərdə kompleks hüquqi və konsaltinq dəstəyi təqdim edirik.
   Gələcəyiniz üçün ən optimal həlli tapmaq və müzakirə etmək üçün bu gün bizimlə əlaqə saxlayın.

   İnnovativ həlliniz artıq buradadır – EMZE!
   Biz sizə aşağıdakı istiqamətlər üzrə dəstək göstərməyə hazırıq:

– İlkin məlumatların təhlili (istifadə təlimatı, məhsulun tərkibi, mənşəyi və s.);
– Məhsulların Azərbaycanda qeydiyyatı və sertifikatlaşdırılması üzrə uyğun variantların seçilməsi və müzakirəsi.

– Məhsulun tərkibindəki inqrediyentlərin analizi (resepturanın uyğunlaşdırılması);
– Məhsulun qeydiyyata alınma imkanının müəyyən edilməsi;
– İstifadə təlimatının Azərbaycan dilində hazırlanması və uyğunlaşdırılması;
– Qanunvericiliyin tələblərinə uyğun etiket və qablaşdırmanın hazırlanması;
– Məhsulun qeydiyyat prosesinin izlənməsi və status barədə mütəmadi məlumatlandırma;
– Məhsul nümunələrinin idxalı üçün icazənin alınması və gömrük rəsmiləşdirilməsi;
– Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) qida təhlükəsizliyi sertifikatının alınması.

– Sənədlərin təqdim edilməsi zamanı dövlət orqanlarında təmsilçilik;
– Qeydiyyat orqanlarının qərarlarından şikayət və apellyasiya prosedurlarının aparılması.

Məhsulların qeydiyyatında dəstək axtarırsınız?

Emilə Zəng Elə!

VƏ YA

İlkin konsultasiyaya yazıl!

Yardım üçün müraciət et!