Tez-tez verilən suallar

EMZE – “Emilə Zəng Elə” deməkdir.
Niyə məhz Emilə Zəng Elə? Cavab çox sadədir.
Azərbaycanda biznesə başlamaq istəyirsiniz? İşçiləri işə götürmək istəyirsiniz, lakin dəqiq qaydasını bilmirsiniz? Cavab birdir: Emilə Zəng Elə!
EMZE bütün hüquqi məsələlərin həll edilməsi üzrə universal və innovativ bir üsuldur.
Azərbaycanda hüquqi xidmətlər daha peşəkar, keyfiyyətli və əlçatan oldu.
Digər yerlərə müraciət etməyinizə artıq ehtiyac qalmır. Sadəcə Emilə Zəng Elə!

Bəli, xidmətlərin əksəriyyəti bu cür xidmətləri siz Azərbaycana gəlmədən həyata keçirilə bilər. Bunun üçün mənə müvafiq formada etibarnamə lazım olacaqdır. İşinizin hallarını nəzərə alaraq, etibarnamənin məzmununu təqdim edəcəm.

Bəli, ola bilər. Yerli həmtəsisçi və ya direktor tələbi qanunvericiliklə müəyyən edilməyib. 

Azərbaycanda şirkətin (MMC, QSC, ASC və s.) təsis edilməsi kifayət qədər sadə prosedurdur. Şirkətin açılması üçün standart ərizə forması, şirkətin təsis sənədləri (nizamnamə və təsis qərarı) kimi minimal sənədlər tələb edilir.
Qeydiyyat orqanı qismində Azərbaycan Respublikasının İqtisiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti çıxış edir.  

Azərbaycanda ƏDV 18% təşkil edir. Bəzi məhsul və xidmətlər üzrə ƏDV 0% məbləğindədir və müəyyən azadolmalar tətbiq olunur. 

Təcrübədə müvəqqəti yaşama icazəsi 3 aydan 12 ayadək müddətinə verilir.
Qanunda isə müvəqqəti yaşamaq icazəsi ilk dəfə maksimum 12 ay müddətinə, müddəti uzadılırsa müvafiq əsas üzrə hər dəfə 24 ayadək müddətinə verilə bilər.

Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların birgə ərizəsi əsasında Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatında (VVADQ) xitam verilə bilər.

Sizin həyat yoldaşınızla birgə yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya həyat yoldanızın nikahın pozulmasına dair razılığı olmadığı təqdirdə nikah məhkəmə qaydasında pozulur.
Bu halda siz məhkəməyə iddia ərizə ilə müraciət edərək aşağıdakı sənədləri əlavə edirsiniz:
– nikahın bağlanması barədə şəhadətnamənin əsli;
– birgə uşaqların doğum haqqında şəhadətnamələrin surətləri;
– ər-arvadın əmək haqqı və başqa gəlir mənbəyi barədə arayış;
– yaşayış yerindən arayış;
– dövlət rüsumunun ödənilməsi barədə sənəd;
– digər lazım olan sənədlər.

Bakı şəhəri, Füzuli küçəsi 49, Fuzuli Residence Biznes Mərkəzi.
Daha asan tapmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Bazar ertəsi – cümə gününədək, hər gün saat
10:00 – 19:00.
Şənbə və bazar günləri – istirahət günlərdir.

Emilə Zəng Elə!

VƏ YA

İlkin konsultasiyaya yazıl!

Yardım üçün müraciət et!