Yeni texnologiya, smartfon, tətbiq, veb platforma yaratdız, lakin onu necə qeydiyyatdan keçirilmə qaydasını bilmirsiniz?
Bu və bütün digər suallarınıza sizin üçün münasib olan istənilən vaxtda dəqiq və düzgün cavab ala bilərsiniz.
Əqli mülkiyyət (əmtəə nişanları, müəllif hüquqları, patentlər və s.) üzrə uzunmüddətli təcrübəni qazanmış bir hüquqşünas olaraq aşağıda göstərilən hüquqi xidmətləri sizə göstərməyə hazıram:
– Əqli mülkiyyət üzrə ilkin ümumi konsultasiya (qeydiyyat, lisenziya, əmtəə nişanları, coğrafi göstəriciləri, patentlər və s.);
– İşin detallarının müzakirə edilməsi;
– Əqli mülkiyyətin qiymətləndirilməsi, bazara çıxış və reklam yerləşdirmə, lisenziyalaşdırma, pirat və ya kontrafakt məhsullarla, parellel idxalla (ixracla) mübarizə və s. məsələlər üzrə məsləhətlərin verilməsi;
– Əqli mülkiyyət mübahisələri üzrə hüquqi konsultasiya və lazımi sənədlərin hazırlanması;
– Problemlərin mümkün həlli yolların və perspektivlərin izah edilməsi.
– Bütün növ əqli mülkiyyət hüquqlarının qeydiyyatı zamanı hüquqi konsultasiya və yardım (müəllif hüquqları, əmtəə nişanları, patentlər və s.);
– Əmtəə nişanların dövlət qeydiyyatından qabaq təhlil və analizi;
– Əqli mülkiyyət obyektlərinin hüquqi qeydiyyatı üçün zəruri sənədlərin toplanması, müfaviq orqanlara təqdim edilməsi və bununla bağlı digər işlərin görülməsi.
– Əqli mülkiyyət, müəllif hüquqları və digər əlaqəli məsələlər üzrə müqavilələrin təhlil edilməsi və hazırlanması;
– Əqli mülkiyyət hüququnun pozulması faktlarını müəyyənləşdirmək üçün vəkil araşdırmalarının aparılması, sübütların toplanması;
– Müştərinin məhsulunun saxtalaşdırılması, ticarət markasından icazəsiz istifadə və digər hallarla mübarizədə müştərilərə əməli köməklik göstərilməsi.
– Əqli mülkiyyətin qeydiyyatının bütün mərhələlərində müştəri mənafelərinin təmsil edilməsi;
– Yaranan və yaranmış mübahisələr üzrə hüquqi risklərin idarəedilməsi;
– Əqli mülkiyyət hüququ üzrə mübahisələrə dair məsləhətlərin verilməsi, bununla bağlı müvafiq orqanlara ərizə və şikayətlərin hazırlanması;
– Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin və digər dövlət orqanların qərarların mübahisələndirilməsi.