Arxiv sənədlərin axtarışı
Arxiv sənədlərin axtarışında EMZE sizə necə kömək edə bilər?
Son illərdə sənədlərin bərpasına (həm ailə sənədləri, həm də digər arxiv sənədləri) maraq əhəmiyyətli dərəcədə artmışdır. Bir çox insanlar öz əcdadları haqqında məlumat tapmaq və arxiv sənədlərini bərpa etmək üçün arxivlərə müraciət edirlər. Lakin arxiv sənədləri ilə işləmək üçün xüsusi bilik və təcrübə tələb olunur və bu işi müstəqil şəkildə aparmaq çox vaxt çətin, bəzən isə demək olar ki, mümkün olmur.
Əgər siz Azərbaycanda və ya xaricdə arxiv sənədlərinin bərpası və axtarışı üçün həll yolu axtarırsınızsa, EMZEtm konsaltinq şirkəti sizə arxiv məlumatlarının axtarışı və analizi üzrə geniş xidmətlər təklif etməyə hazırdır.
Biz sizə aşağıdakı istiqamətlər üzrə dəstək göstəririk:
– İlkin məlumatların təhlili;
– Lazımi sənədlərin tapılması üçün mümkün axtarış yollarının təklif edilməsi və müzakirəsi.
– Aşağıdakı sənədlərin axtarışı:
Pasport məlumatları haqqında arayış;
İcra hakimiyyəti aktları barədə qeydiyyatın olub-olmaması haqqında arayış;
Alqı-satqı sənədi (daşınmaz əmlak reyestrindən çıxarış) və texniki pasport;
Məhkumluğun olub-olmaması haqqında arayış;
Əmək kitabçası;
Hərbi xidmət keçməsi haqqında arayış;
Attestat və diplom və digər sənədlər.
– Aşağıdakı sənədlərin əldə edilməsi və axtarışı:
Doğum haqqında şəhadətnamə;
Ölüm haqqında şəhadətnamə;
Ad, soyad və ata adının dəyişdirilməsi haqqında şəhadətnamə;
Boşanma haqqında şəhadətnamə;
Övladlığa götürmə ilə bağlı sənədlər və digər arxiv qeydləri.