Bank hesabların açılması
Bank hesabların açılmasında EMZE sizə necə kömək edə bilər?
Bu gün sahibkarlar müxtəlif səbəblərə görə maliyyə vəsaitlərini diversifikasiya etmək ehtiyacı ilə tez-tez qarşılaşırlar. Bu səbəblər arasında sanksiyalar, vergi məsələləri, beynəlxalq ödəniş sistemləri (Visa, Mastercard, МИР) ilə bağlı məhdudiyyətlər və ya sadəcə maliyyə əməliyyatlarının rahat idarə olunması yer ala bilər. Buna görə də bir çox hallarda xaricdə bank hesabı açmaq zərurəti yaranır.
Belə vəziyyətdə çıxış yolu necə tapmaq olar? Çox sadə! EMZE Consulting sizin məqsəd və ehtiyaclarınıza uyğun olaraq xaricdə bank hesabının açılması üçün optimal həllər təklif etməyə hazırdır.
Biz sizə aşağıdakı istiqamətlər üzrə dəstək göstərməyə hazırıq:
– Mövcud vəziyyətin təhlili (hesab açma imkanlarının qiymətləndirilməsi);
– Bank hesabının açılmasına mane olan faktorların aradan qaldırılması üzrə tövsiyələr;
– Aşağıdakı meyarlar üzrə bank seçimi:
• Ölkə;
• Əməliyyat növü (cari hesab, depozit, kredit və s.).
– Lazımi sənədlərin hazırlanması və imza üçün təqdim edilməsi (müqavilə, KYC, FATCA, F9 anketləri və s.);
– Sənədlərin tərcüməsi və notarial təsdiqi (zəruri olduqda);
– Açılmış bank hesablarının rekvizitlərinin əldə edilməsi.