IT Xidmətlər

EMZE hansı IT xidmətlər ilə sizə kömək edə bilər?

IT Services in Azerbaijan | IT услуги в Азербайджане

   IT infrastrukturu müasir dünyanın ayrılmaz hissəsidir. Bu gün artıq heç bir dövlət və ya kommersiya təşkilatı, tibb, elmi və ya təhsil müəssisəsi IT sistemləri olmadan fəaliyyət göstərə bilmir. Kompüterlərin və ya proqram təminatının sıradan çıxması məlumat itkisinə, maliyyə zərərlərinə və tərəfdaşlarla münasibətlərdə problemlərə səbəb ola bilər.
   Şirkətlərin təhlükəsiz və sabit fəaliyyətini təmin etmək üçün Azərbaycanda sahibkarlar IT mütəxəssislərindən ibarət ayrıca komanda yaradır və ya autsors xidmətlərdən istifadə edirlər.

   Əgər siz biznesinizin IT təhlükəsizliyini təmin etmək və internet məkanında mövcudluğunuzu genişləndirmək istəyirsinizsə, EMZE Consulting sizə Azərbaycanda geniş IT xidmətləri təklif etməyə hazırdır.

   Biz sizə aşağıdakı istiqamətlər üzrə dəstək göstəririk:

– Sorğunun təhlili və problemin həlli yollarının təklif edilməsi;
– Müştərinin tələbinə uyğun texnoloji həllərin tapılması.

– Müştərinin kompüterlərinə təhlükəsiz uzaqdan girişin təmin edilməsi;
– Problemlərin operativ həlli üçün ani texniki dəstək;
– Yerində xidmət göstərmək üçün in-house IT mütəxəssisinin təqdim edilməsi.

IT infrastrukturu (vebsayt, server, tətbiq və s.) üzrə zəifliklərin analizi və aşkarlanması;
– Müəyyən edilmiş risklərin aradan qaldırılması və təhlükəsizlik üzrə tövsiyələrin verilməsi.

Veb-sayt və mobil tətbiqlər üçün fərdi dizayn və funksionallığın hazırlanması;
– Sayt və tətbiqlər üçün user-friendly interfeys və optimal istifadə imkanlarının yaradılması;
– Mövcud və yeni funksiyaların test edilməsi və səhvlərin aşkar edilməsi;
– Texniki və informasiya dəstəyi;
Bug və sistem səhvlərinin vaxtında aradan qaldırılması.

Azərbaycanda keyfiyyətləri IT xidmətləri axtarırsınız?

Emilə Zəng Elə!

VƏ YA

İlkin konsultasiyaya yazıl!

Yardım üçün müraciət et!