Startap şəhadətnamə. Nədir və necə alınır?

Startup Certificate in Azerbaijan

   Startap şəhadətnamə – innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməyən, eləcə də gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan məhsul (xidmət) istehsalı üçün təqdim edilən sənəddir. 
   Bu Azərbaycanda biznesin inkişafına təsir edən yeni və tərəqqi bir mexanizmdir.
   29.01.2021-ci il tarixli 20 saylı Nazirlər Kabinetinin qərarı əsasında təsdiq və tətbiq olunur (Startap meyarların müəyyən edilməsi).    Azərbaycanda Startap şəhadətnamə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfinəndən verilir.

Startap şəhadətnamənin üstünlükləri

    Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə uyğun olaraq Startap şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəətgəlir vergisindən 3 il müddətinə azad edilir.

Startap şəhadətnamə necə alınmalı?

    Ümumi Startap üzrə 2 cür meyarlar müəyyən olunur:
    1. Ərizəçilərə dair meyarlar.
    2. Məhsullara (xidmətlərə) dair meyarlar.

SMBDA | Агенство МСБ | KOBİA
Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
(Əsas inzibati bina)
Applicants for startup certificate

Ərizəçilərə dair meyarlar

– Mikro və ya kiçik sahibkarlıq subyekti olması;
– Orta və (və ya) iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payının 49 faizdən çox olmaması;
– Rezident vergi ödəyicisi olması.

Məhsullara (xidmət) dair meyarlar

məhsulun (xidmətin) gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunması;
– innovativ təşəbbüsə əsaslanan olması:

   *mövcud istehsal və ya xidmət proseslərinin yeni formada təşkili ilə əlavə dəyərin yaradılması;
   *yeni texnologiyanın tətbiqi ilə əlavə dəyərin formalaşması;
– rəqabətqabiliyyətli olması;
– qısamüddətli (3 ilədək) perspektivdə yaradılan məhsula (xidmətə) olan tələbin əsaslandırılmış formada artımının proqnozlaşdırılması;
– digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməməsi.

Startap şəhadətnamənin alınması üçün tələb olunan sənədlər

    Startap şəhadətnamənin alınması üçün aşağıdakı sənədlər Kiçik və Orta Biznesin İnkişafı Agentiliyinə təqdim olunmalıdır:
    1. Ərizə-anket (yüklə).
    2. Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin, fiziki şəxs olan ərizəçinin isə əlavə olaraq şəxsiyyətini təsdiq edən sənədin surəti;
    3. Ərizəçini səlahiyyətli nümayəndə təmsil etdikdə onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli;

    4. Startap şəhadətnaməsinin alınması üçün tərtib edilən layihənin adını, ətraflı məzmununu əks etdirən təqdimat;

    5. Məhsulun sənaye nümunəsi və ya dizaynı;
    6. Aşağıdakı məlumatlardan ibarət biznes-plan:
      – məhsulun (xidmətin) bazarda payı ilə bağlı bazar araşdırması və marketinq planı, onun bazar potensialı;
      – məhsulun ixrac və ya idxalı əvəzetmə potensialı (əsaslandırma ilə);
      – məhsulun (xidmətin) unikallığı və rəqabətqabiliyyətliliyi (əsaslandırma ilə);
      – investisiya planı.
     7. İnsan resursları (HR) haqqında aşağıdakı məlumatlar:
      – idarəetmə orqanlarının üzvlərinin fəaliyyət təcrübəsi və təhsilləri haqqında;
      – məhsulun (xidmətin) hazırlanması, bazara yerləşdirilməsi və sonrakı inkişafını təmin edəcək işçiləri haqqında;
      – məsləhətçiləri haqqında;
      – səhmdarları (payçıları) və investorları haqqında.
     8. Startapa cəlb olunan qrant, investisiya və ya kredit barədə məlumatlar (olduğu halda).
     9. Startap məhsuluna dair patent və ya patent almaq üçün iddia sənədi (olduğu halda).
   10. Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsi (olduğu halda.
Qeyd:  Startap şəhadətnaməsini almaq üçün ərizəçi müvafiq ərizə və digər sənədlərlə birbaşa KOBİA-ya yazılı formada (Ünvan: AZ1069, Bakı şəhəri, Atatürk prospekti, 134) və ya elektron qaydada (info@smb.gov.az) müraciət etməlidir. 

Müddət və nəticələr

    Ərizə və ona əlavə edilən sənədlər KOBİA tərəfindən 30 gün ərzində baxılır və Ekspertlər Şurasına təqdim olunur.
    Ekspertlər Şurasının rəyinə əsasən KOBİA Startap şəhadətnaməsinin verilməsi və ya verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.  

EMZE sizə necə kömək edə bilər?

      Azərbaycanda Startap şəhadətnaməsinin alınması prosedurunda sizə daim dəstək göstərmək, hüquqi məsləhət vermək, o cümlədən :
      – Startap ideyanızın qanuniliyini yoxlamaq və mümkün riskləri müəyyən etmək;
      – Veb startapları üçün Tərəfdaşlıq sazişi, İstifadəçi razılaşması, Məxfilik siyasəti, “Cookie”-lərdən istifadə siyasəti, İstifadəçi təlimatı və digər müvafiq sənədlərin hazırlanması həyata keçirməyə hazıram. 

      Qeyri-adi və tərəqqi ideyanız var və onu hüquqi cəhətdən düzgün həyata keçirmək niyyətindəsiniz? Bu çox asandır. Sadəcə Emilə Zəng Elə!

Picture of Emil Xudiyev
Emil Xudiyev

Hüquqşünas. EMZE Law & Consulting şirkətinin təsisçisi.

Bütün məqalələr

#Startap şəhadətnamə #Azərbaycan #EMZE #Biznes #Sahibkarlıq 

Startap şəhadətnamə alınmasında dəstək lazımdır?

Emilə Zəng Elə!

VƏ YA

İlkin konsultasiyaya yazıl!

Yardım üçün müraciət et!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

State-of-the-art AI lawyer ready to answer any questions and book a consultation. Try it now