Yaşayış yeri üzrə qeydiyyat

    Azərbaycanda yaşayış yeri üzrə qeydiyyat bütün vətəndaşlar üçün məcburidir.
   “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununda olduğu yer üzrə qeydiyyatla yaşayış yeri üzrə qeydiyyat arasındakı fərq aydın şəkildə göstərilir: birinci prosedur müvəqqəti, ikincisi isə – daimi ünvan üzrə aparılır.
     Hər iki halda prosedur bəzi sənədlər (ərizə forması və müvəqqəti və ya daimi yaşaması üçün sənəd) istisna olmaqla, demək olar ki, oxşardır.

Yaşayış yeri nədir?

Регистрация в Азербайджане | Registration in Azerbaijan

   Yaşayış yeri (qeydiyyat yeri) — vətəndaşın mülkiyyətçi kimi və ya icarə (sub-icarəyə), sosial kirayədə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya əsasən yaşadığı yerdir. (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 2-ci maddə).
    Buna aşağıdakılar aiddir:
     – ev;
     – mənzil;
     – xidməti yaşayış sahəsi;
     – sosial xidmət müəssisələri (yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri);
     – digər yaşayış yerləri.

Yaşayış yeri üzrə qeydiyyata necə düşməli?

   Yaşayış yeri üzrə qeydiyyat vətəndaşın yeni yaşayış yerinə köçdüyü andan 10 gündən gec olmayaraq aparılmalıdır. Bunun üçün aşağıdakı sənədlər lazımdır:
   – Ərizə-anket;
   – Şəxsiyyət vəsiqəsi (və ya doğum haqqında şəhadətnamə);
   – Əmlak hüquqları təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış, icarə müqaviləsi, order və ya qanunvericiliklə müəyyən edilmiş digər sənəd) və ya yaşayış sahəsi verən şəxsin ərizəsi.
   Yaşayış yeri üzrə qeydiyyat ASAN Xidmət mərkəzlərində aparılır, qeydiyyatı aparan orqan qismində isə Azərbaycan Daxili İşlər Nazirliyi yanında Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi (BPMQİ) çıxış edir.

ASAN Service (AMAY Branch)
2 saylı ASAN xidmət (AMAY Ticarət Mərkəzində)


    Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.
    Şəxsiyyət vəsiqəsinin alınması üçün tələb olunan sənədlərlə yanaşı, şəxs müvafiq ərizə-anketini doldurmalı və daşınmaz əmlaka dair hüquqları təsdiq edən sənəd təqdim etməlidir.
    Yaşayış yeri üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir!

Qeydiyyat qaydaların pozulmasına görə məsuliyyət

  Vaxtında yaşayış yeri üzrə qeydiyyata düşməyə unutmayın!
  Tələb olunan müddətdə olduğu yer üzrə qeydiyyata alınmama inzibati məsuliyyətə cəlb edilmə üçün əsasdır.
   Yaşayış yeri üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə vətəndaş xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir (İXM 563.1-ci maddə).

EMZE sizə necə kömək edə bilər?

     Miqrasiya sahəsi üzrə yüksək təcrübəyə malik olaraq, sizə olduğu yer üzrə qeydiyyata alınmasında hüquqi yardım göstərməyə, habelə Azərbaycanda biznesin açılması, vergi və vergitutma, bank hesabların açılması və digər mövzülar üzrə konsultasiyaları verməyə daim hazıram.
    Miqrasiya hüququ sahəsində digər xidmətlərimlə tanış olmaq üçün, “Xidmətlər” bölməsində tanış ola bilərsiniz.
    Artıq digər yerlərdə hüquqşünas axtarmaq ehtiyac qalmır, sadəcə Emilə Zəng Elə!

Picture of Emil Xudiyev
Emil Xudiyev

Hüquqşünas. EMZE Law & Consulting şirkətinin təsisçisi.

Bütün məqalələr

#huquq #yashayish yeri uzre qeydiyyat #ASAN 

Qeydiyyat üzrə hüquqi məsləhət lazımdır

Emilə Zəng Elə!

VƏ YA

İlkin konsultasiyaya yazıl!

Yardım üçün müraciət et!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

State-of-the-art AI lawyer ready to answer any questions and book a consultation. Try it now