Bloq / Güzəştli mənzil. Kimlər və necə ala bilər?
Güzəştli mənzil. Kimlər və necə ala bilər?
- Emil Xudiyev (Hüquqşünas)
- 0 rəy
Güzəştli mənzil — Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan və vətəndaşların güzəştlə əldə edə biləcəyi mənzil nəzərdə tutulur.
Belə mənzili əldə etdikdə vətəndaş 2 əsas güzəştdən yararlana bilər:
1. Satış qiyməti digər analoji mənzillərin bazar qiymətindən aşağıdır.
2. Müddəti 30 ilədək (4%-lik) olan güzəştli ipoteka krediti hesabına əldə etmək imkanı.
Güzəştli mənzil kimlər ala bilər?
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərin kateqoriyaları Azərbaycan Respublikasının Prezidentinin 16.11.2016-cı il tarixli 1113 saylı fərmanı əsasında təsdiq olunmuş “MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” ilə müəyyən edilmişdir.
Həmin kateqoriyaları ilə və hər kateqoriya üçün tələb olunan sənədləri siyahısı ilə bu link vasitəsilə ətraflı tanış ola bilərsiniz.
Ümumi olaraq, güzəştli mənzili əldə etmək hüququ olan şəxslər 2 kateqoriyaya bölünür:
1. Yaşı 35-dək olan gənc ailə üzvləri. Yuxarıda qeyd olunmuş Qaydasına əsasən aşağıdakılara aiddir:
– Şəhid ailəsinin üvü (əri/arvadı, övladları);
– Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları);
– Azərbaycan Milli Qəhramanı (özü, əri/arvadı, övladları);
– Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
– Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
– Ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
– fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
– idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II, və ya III yer).
2. Yaşından və ailə vəziyyətindən asılı olmayan digər şəxslər. Yuxarıda qeyd olunmuş Qaydasına əsasən aşağıdakılara aiddir:
– elmlər doktoru elmi dərəcəsi olan şəxs;
– ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
– ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmamış AR-nın hərbi qullqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
– ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
– ən azı 3 il elmi vəzifədə işləyən elmi işçiləri;
– ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs.
Güzəştli mənzili almaq üçün necə müraciət etməli?
Müraciət qaydası da kifayət qədər sadədir və aşağıdakı mərhələlərdən ibarətdir:
1. Elektron imza və ya Asan imzadan istifadə edərək “Elektron Hökumət” portalında qeydiyyatdan keçmək.
2. Qeydiyyatdan keçdikdən sonra “Güzəştli mənzil sistemi”-nə daxil olmaq.
3. Satışa çıxarılmış mənzilləri və onların məlumatları (yerləşdiyi şəhərcik, binalar, mənzillərin interyeri) ilə elektron qaydada tanış olmaq.
4. Bəyəndiyi mənzili elektron qaydada seçmək.
5. Ödəniş üsulu ilə bağlı təsdiq aldıqdan sonra müvafiq müqavilənin imzalanması üçün dəvət almaq.
EMZE sizə necə kömək edə bilər?
Güzəştli mənzillərin əldə edilməsi proseduru üzrə sualınız qalıb?
“Güzəştli mənzil” elektron sistemi ilə bağlı sualları cavablandırmaq və müraciətlərin sistemdə qeydiyyata alınmasında vətəndaşlara köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, Sumqayıt “ASAN xidmət” mərkəzində və Gəncə şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzində də müvafiq xidmət göstərilir.
Yaxud da birbaşa etibarlı hüquqşünasınıza müraciət etmək üçün sadəcə Emilə Zəng Elə!
#huquq #guzeshtli #menzil #mida