
Xəbərlər / Qanunvericilikdə dəyişikliklər / Himayəyə götürülmüş uşaqlara görə müavinət veriləcək!
Himayəyə götürülmüş uşaqlara görə müavinət veriləcək!
- EMZE Law (Hüquq şirkəti)
- No Comments
12 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununu və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Fərmanında dəyişiklik edilməsi barədə Fərmanı imzaladı.
Qəbul olunmuş dəyişikliklərə əsasən, uşaq evindən himayəyə götürülmüş uşağa görə aşağıdakı məbləğlərdə müavinət veriləcək:
– 6 yaşa qədər – 355 AZN;
– 7 – 13 yaş – 375 AZN;
– 14 – 18 yaş – 395 AZN.
Bunlarla yanaşı, himayəyə götürülmüş uşağın əlilliyi olduğu halda aşağıdakı məbləğlərdə müavinət veriləcək:
– 6 yaşa qədər – 395 AZN;
– 7 – 13 лет – 415 AZN;
– 14 – 18 лет – 435 AZN.
Həmçinin uşağın geyimi üçün ildə 4 dəfə 200 AZN məbləğində birdəfəlik vəsait veriləck.
#müavinət #uşaq #sosial hüququ #Azərbaycan #EMZE #hüquqşünas

