Alimentin minimum məbləği 220 manata qaldırıldı!

Alimentin minimum məbləği 2023

    01.01.2023-cü ildən etibarən  Azərbaycanda alimentin minimum məbləği 193 manatdan 220 manata qaldırıldı.
    “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilib.
     Qeyd edək ki, Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün 

onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır. 
    Alimentin miqdarı məhkəmə tərəfindən müəyyən halları nəzərə alınmaqla azaldıla və ya artırıla bilər.
    Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır. 
    Yəni, hazırda minimum aliment məbləği 220 manat təşkil edir.

Paylaşmaq üçün:​

Ailə məsələləri üzrə sualınız yarandı?

Emilə Zəng Elə!

VƏ YA

İlkin konsultasiyaya yazıl!

Yardım üçün müraciət et!