Maliyyə və mühasibatlıq
Maliyyə və mühasibatlıq ilə EMZE sizə necə dəstək ola bilər?
Azərbaycanda aparılan vergi islahatları nəticəsində mühasibat uçotu biznes üçün daha da əhəmiyyətli olmuşdur. Lakin hər bir şirkət və sahibkar böyük mühasibat və vergi mütəxəssisləri heyətini saxlamağa hazır deyil, çünki bu əlavə vergi və digər xərclərə səbəb olur.
Bizim təqdim etdiyimiz Azərbaycanda mühasibat autsorsinqi biznes xərclərinin effektiv optimallaşdırılması üçün sınaqdan keçmiş və etibarlı üsuldur.
Bizim maliyyə məsləhətçilərimiz geniş təcrübəyə malik peşəkar mütəxəssislərdir. Biz sizə vergilər, maliyyə analizi, hesabatların hazırlanması, vergi ödənişlərinin optimallaşdırılması və digər maliyyə məsələləri üzrə dəstək göstərməyə hazırıq.
Əgər siz Azərbaycanda biznesinizi optimallaşdırmağın yollarını axtarırsınızsa, EMZE Consulting sizə geniş çeşiddə mühasibat və maliyyə xidmətləri təklif etməyə hazırdır:
– Mövcud vəziyyətin və maliyyə məlumatlarının təhlili;
– Gələcək əməkdaşlıq üçün mümkün variantların təklif edilməsi və müzakirəsi.
– Mühasibat uçotu sisteminin və vergi siyasətinin qurulması;
– Şəffaf və sənədləşdirilmiş mühasibat uçotuna keçidin təşkili (vergi mütəxəssisləri və hüquqşünaslarla birlikdə);
– Uzun müddət istifadə olunan, lakin qeydiyyata alınmamış əsas kapitalın rəsmiləşdirilməsi;
– Vergi artıq ödənişlərinin qarşısını almaq üçün xərclərin sənədləşdirilməsi;
– ƏDV ödəyicisi kimi qeydiyyat.
– Aktivlərin analizi (dövriyyə və qeyri-dövriyyə aktivləri, onların strukturu və likvidlik səviyyəsi);
– Kapitalın və balans strukturunun təhlili;
– Pul vəsaitlərinin hərəkətinin fəaliyyət növləri üzrə analizi (əməliyyat, maliyyə və investisiya fəaliyyəti);
– Müqayisəli analiz (rəqabət qabiliyyəti və cari göstəricilər);
– Əsas maliyyə göstəricilərinin hesablanması (likvidlik, maliyyə sabitliyi, rentabellik, bazar aktivliyi);
– Müflisləşmə riskinin proqnozlaşdırılması və qəsdən müflisləşmə hallarının aşkar edilməsi.
– Mühasibat və vergi uçotunun vaxtında aparılması;
– Dövlət orqanlarına məlumatların təqdim edilməsi (Vergi Xidməti, Maliyyə Nazirliyi və s.);
– Müştəridən əldə olunan məlumatların tam məxfiliyinin qorunması;
– Mühasibat və maliyyə sahəsində Azərbaycan qanunvericiliyində baş verən dəyişikliklər barədə məlumatlandırma.