Uşaq bağçasını necə açmaq olar?

   Uşağın tərbiyəsi – ciddi məsuliyyət daşıyan bir prosesdir və bu, valideynlərdən həm vaxt, həm də böyük səy tələb edir. Bu gün bir çox valideynlər Azərbaycanda yaxşı uşaq bağçası axtarır və övladlarını peşəkar tərbiyəçilərə etibar etmək istəyirlər.

   Məşhur rus yazıçısı V.İ.Dal demişdir: “Tərbiyəçi özü o olmalıdır ki, tərbiyə etdiyi uşaqdan gözləyir.”

   Əgər Siz özünüz Azərbaycanda uşaq bağçası açmaq qərarına gəlsəniz və həyatınızı uşaqların təlim-tərbiyəsinə həsr etmək istəsəniz, dərhal bir sıra hüquqi suallar meydana çıxacaq: Nə etmək lazımdır? Uşaq bağçasını necə açmaq olar? Hansı dövlət orqanına müraciət edilməlidir? Lisenziya tələb olunurmu? Qanunvericilikdə hansı cərimələr nəzərdə tutulur?

   Hüquqi baxımdan isə, sadəcə masa və stulları yerləşdirmək, uşaqları və pedaqoqları toplamaq kifayət etmir. Azərbaycanda uşaq bağçası açmaq istəyən hər bir şəxs qanunla müəyyən edilmiş icazə və lisenziya prosedurlarını, müvafiq təhsil standartlarınısanitariya-gigiyena qaydalarını yerinə yetirməlidir.

   Gəlin birlikdə hüquqi müstəvidə nəzər salaq: Azərbaycanda uşaq bağçası açmaq üçün hansı addımlar atılmalıdır?

Uşaq bağçasını açmaq üçün nə lazımdır?

   İlk növbədə təşkilati-hüquqi forma barədə qərar vermək lazımdır – şirkət, yoxsa fərdi sahibkar.
   Bu o deməkdir ki, Azərbaycanda uşaq bağçası açmaq istəyən şəxs ya MMC və ya başqa hüquqi şəxs formasında şirkət yaratmalı, ya da fərdi sahibkar kimi qeydiyyatdan keçməlidir.
   Bundan sonra mütləq şəkildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən lisenziya almaq tələb olunur.
   Çünki lisenziyasız uşaq bağçası fəaliyyətinə başlamaq qanunvericiliyə ziddir və bu, sahibkar üçün inzibati cərimə riski yaradır (ətraflı məlumat üçün aşağıda “Tez-tez verilən suallar” bölməsinə baxın).

Lisenziya almaq üçün hansı sənədlər lazımdır?

   “Lisenziyalar və icazələr haqqında” Qanununa əsasən, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılmalıdır. Bu o deməkdir ki, uşaq bağçası açmaq və fəaliyyətə başlamaq üçün mütləq lisenziya alınmalıdır.

   Lisenziya almaq üçün tələb olunan sənədlər aşağıdakılardır:

  • Ərizə;

  • Bank rekvizitləri;

  • Hüquqi şəxsin və ya fərdi sahibkarın dövlət qeydiyyatı haqqında şəhadətnamə;

  • Obyekt üzərində istifadə hüququnu təsdiq edən sənəd (çıxarış və ya icarə müqaviləsi);

  • Dövlət rüsumunun ödənilməsi barədə qəbz (2024-cü il üçün dövlət rüsumu 1250 AZN təşkil edir);

  • Təhsil müəssisəsinin pedaqoji və elmi-pedaqoji heyəti barədə məlumat;

  • Müəssisənin maddi-texniki bazası və tədris prosesinin təmin edilməsi barədə ətraflı məlumat.

Hansı sənədlər tələb olunur?

   Azərbaycanda uşaq bağçası açmaq üçün lisenziya almaq məqsədilə bütün tələb olunan sənədləri topladıqdan sonra, siz ASAN Xidmət mərkəzinə müraciət etməlisiniz. Məhz həmin mərkəzdə sənədlərin qəbulu və qeydiyyatı İqtisadiyyat Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir.
   Lisenziyanın verilməsi üçün mühüm şərtlərdən biri də Elm və Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil şöbəsinin rəyidir. Müraciət etdikdən sonra müəssisənin fəaliyyəti hərtərəfli araşdırılır.
   Uşaq bağçası fəaliyyəti yalnız normativ tələblərə uyğunlaşdırıldıqdan sonra təsdiqlənə bilər. Əks halda, müəssisənin baxışı zamanı müxtəlif problemlər yaranacaq və hətta əlavə təmir və ya yenidən planlaşdırma tələb oluna bilər.
   Azərbaycan Respublikasının Nazirlər Kabineti uşaq bağçaları üçün nümunəvi nizamnamə formasını təsdiqləmişdir. Məktəbəqədər təhsil müəssisəsi (uşaq bağçası) lisenziya almaq üçün bu Nizamnaməni Elm və Təhsil Nazirliyinnə təsdiq üçün təqdim etməlidir.

Ministry of Economy of Azerbaijan | Министерство Экономики Азербайджана | İqtisadiyyat Nazirliyi
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Nəticə

   Azərbaycanda uşaq bağçasının açılması və idarə olunması – son dərəcə məsuliyyətli bir prosesdir. Çünki burada söhbət uşaqların sağlamlığı, təhlükəsizliyi və inkişafından gedir!
   Məhz buna görə sahibkar bu işə ən ciddi şəkildə yanaşmalıdır – tikinti materiallarının seçilməsindən tutmuş pedaqoqların və tərbiyəçilərin işə qəbuluna qədər hər bir mərhələdə qanunvericiliyin tələblərinə əməl olunmalıdır.

Tez-tez verilən suallar

Bəli. Uşaq bağçaları məktəbəqədər təhsil müəssisələri kateqoriyasına aid olduğundan, onlar hüquqi şəxslərin mənfəət vergisindən azaddır (Vergi Məcəlləsinin 106.1.7 maddəsi).

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi aşağıdakı hallarda lisenziya verməkdən imtina edə bilər:

  • Ərizədə və təqdim olunan sənədlərdə qanunvericiliyə uyğun olmayan məlumatlar olduqda;

  • Ərizəçi lisenziya və icazə şərtlərinə cavab vermədikdə və ya onları icra etmədikdə.

    Lisenziyasız uşaq bağçası fəaliyyəti üçün hansı cərimələr nəzərdə tutulur?
    Lisenziyasız uşaq bağçası fəaliyyəti qanunsuz sahibkarlıq hesab olunur və buna görə:

    • Qanunsuz əldə edilən gəlirin ikiqatından dördqatına qədər məbləğində cərimə tətbiq olunur (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi);

    • Əgər qanunsuz gəlir 50.000 manatdan çox olarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən cinayət işi açıla bilər. Bu halda cəza hətta azadlıqdan məhrumetməyə qədər gedib çıxa bilər.

    Uşaq bağçasının fəaliyyəti üçün lisenziyanı neçə günə almaq olar?
    Təxmini müddət – 1 ay.

    Əcnəbi Azərbaycanda uşaq bağçası aça bilərmi?
    Bəli, Azərbaycanda uşaq bağçası açmaq hüququ əcnəbilərə də şamil olunur. Bu baxımdan prosedurlar kifayət qədər sadədir.

Lisenziyasız uşaq bağçası fəaliyyəti qanunsuz sahibkarlıq hesab olunur və buna görə:

  • Qanunsuz əldə edilən gəlirin ikiqatından dördqatına qədər məbləğində cərimə tətbiq olunur (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi);

  • Əgər qanunsuz gəlir 50.000 manatdan çox olarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən cinayət işi açıla bilər. Bu halda cəza hətta azadlıqdan məhrumetməyə qədər gedib çıxa bilər.

    Uşaq bağçasının fəaliyyəti üçün lisenziyanı neçə günə almaq olar?
    Təxmini müddət – 1 ay.

    Əcnəbi Azərbaycanda uşaq bağçası aça bilərmi?
    Bəli, Azərbaycanda uşaq bağçası açmaq hüququ əcnəbilərə də şamil olunur. Bu baxımdan prosedurlar kifayət qədər sadədir.

Bəli, Azərbaycanda uşaq bağçası açmaq hüququ əcnəbilərə də şamil olunur. Bu baxımdan prosedurlar kifayət qədər sadədir.

Как EMZE может вам помочь?

Picture of Эмиль Худиев
Эмиль Худиев

Юрист. Основатель юридической фирмы EMZE Law.

Все записи

EMZE sizə necə kömək edə bilər?

   Bu məqaləni oxudunuz, amma hələ də düşünürsünüz ki, Azərbaycanda uşaq bağçası açmaq üçün sizə peşəkar hüquqşünas köməyi lazımdır? — Problem deyil!
   Mən sizə hüquqi yardım göstərməyə, şirkətin təsis edilməsi (açılması), ləğv edilməsi, bank hesabların açılması və bu kimi digər xidmətlər üzrə kömək etməyə həmişə hazıram.
   Biznes hüququ sahəsində digər xidmətlərimizlə “Xidmətlər” bölməsində tanış ola bilərsiniz. 
   Artıq hüquqşünas axtarmaq ehtiyac qalmır, sadəcə Emilə Zəng Elə!

Picture of Emil Xudiyev
Emil Xudiyev

Hüquqşünas. EMZE Law & Consulting şirkətinin təsisçisi.

Bütün məqalələr

#uşaq #bağçası #lisenziya #İqtisadiyyat  #Təhsil #Nazirlik #Azərbaycan #EMZE #Law #Hüquqşünas

Uşaq bağçasının açılmasında hüquqi dəstək lazımdır?

Emilə Zəng Elə!

VƏ YA

İlkin konsultasiyaya yazıl!

Yardım üçün müraciət et!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

State-of-the-art AI lawyer ready to answer any questions and book a consultation. Try it now