Bloq / Şirkəti necə ləğv etmək olar?
Şirkəti necə ləğv etmək olar?
- Emil Xudiyev (Hüquqşünas)
- No Comments
Şirkət açdınız, amma planı düzgün qurmadığınız üçün indi şirkəti bağlamaq və Azərbaycanda fəaliyyətini dayandırmaq məcburiyyətin qarşısındasınız?
İndi tam aydın olmayan və kifayət qədər uzun bir ləğv etmə prosesi dayanır. “Ləğv” sözü – bəlkə də qorxuducu səslənir… Amma bu prosedurda nə etmək lazımdır? Hara müraciət etməliyəm olar? Suallar çoxdur, cavablar azdır. Şirkətin ləğv olunmasında hüquqşünasın köməyi əvəzolunmazdır, əks halda siz müəyyən səhvlərə yol verə bilər və lazımsız cərimələrə məruz qala bilərsiniz.
Bəs Azərbaycanda şirkəti necə düzgün şəkildə ləğv etmək (bağlamaq) və bu proseduru necə keçmək olar?
Gəlin bu prosedura daha ətraflı baxaq…
Şirkətin ləğvetməsi nədir?
Şirkətin ləğvetməsi – hüquqi şəxslərin dövlət reyestrindən vergi ödəyicisi haqqında məlumatların silinməsi, korporativ bank hesablarının bağlanması ilə şirkətin fəaliyyətinə tam xitam verilməsi, kreditor və debitor borclarının tam ödənilməsi deməkdir.
Azərbaycanda cəmiyyətin ləğvi prosesi Mülki Məcəllənin, Vergi Məcəlləsinin, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun və “Kommersiya təşkilatlarının və vergi ödəyicilərinin dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları” ilə tənzimlənir.
Şirkəti ləğv etmək üçün nə etmək lazımdır?
1. Şirkətin icra orqanı ödəmə qabiliyyətini təsdiq edən rəsmi bəyanatı qəbul edir.
2. Şirkətin təsisçiləri və ya şirkətin səlahiyyətləndirilmiş orqanı şirkətin ləğv etməsi ilə bağlı qərar qəbul edir və bu qərar əsasında ləğvetmə komissiyasını (və ya təsviyəçini) təyin edirlər.
3. Ləğvetmə komissiyası (təsviyyəçi):
– cəmiyyətin ləğv edilməsinin qaydası və vaxtı haqqında ilk məlumatı və kreditorların tələbləri haqqında bəyanatı dərc edir. Bu məlumat eyni qaydada əlavə 2 dəfə dərc olunur;
– ləğvetmə haqqında qərarı, ödəmə qabiliyyətini təsdiq edən rəsmi arayışı, ilk məlumatın dərc edilməsini təsdiq edən sənədi və möhürü Dövlət Vergi Xidmətinə təqdim edir;
– şirkətin ləğv edilməsi barədə bütün məlum kreditorları xəbərdar edir, borcun mövcudluğunu müəyyən etmək üçün Maliyyə Nazirliyinə müraciət edir.
4. Kreditorların tələblərinin təqdim edilməsi müddəti başa çatdıqdan sonra ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən aralıq ləğvetmə balansı tərtib edilir və şirkətin iştirakçıları tərəfindən təsdiq edilir.
5. Hesablaşmalar başa çatdıqdan sonra ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən tərtib edilmiş ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölüşdürülməsi planını əks etdirən akt cəmiyyətin iştirakçıları və ya ləğvetmə hüququna malik olan orqan tərəfindən təsdiq edilir.
6. Ləğvetmə balansı təsdiq edildikdən sonra yerdə qalan əmlak bölgü planına uyğun olaraq cəmiyyətin iştirakçıları arasında bölüşdürülür.
7. Qalıq əmlak bölündükdən sonra ləğvetmə komissiyası (təsviyəçi) ləğvetmə balansını, hesabatı, əmlakın iştirakçılara verilməsini təsdiq edən sənədi, texniki pasportun və nizamnamənin əslini və möhürü Dövlət Vergi Xidmətinə təqdim edir.
8. Hüquqi şəxslərin dövlət reyestrinə müvafiq məlumatlar qeyd edildiyi andan hüquqi şəxsin ləğvi başa çatmış sayılır.
Lazım olan sənədlər
Ləğvedici (və ya ləğvetmə komissiyası) təyin edildiyi gündən 15 gün müddətində hüquqi şəxsin aşağıdakı sənədlərini vergi orqanına təqdim etməlidir:
1) “Dövlət qeydiyyatından çıxarılması barədə” ərizə;
2) Ləğvetmə barədə qərar;
3) Ödəmə qabiliyyətini təsdiq edən rəsmi bəyanat (ərizə);
4) Hüquqi şəxsin ləğvi proseduru və müddəti haqqında ilk məlumatın mətbuatda dərc edilməsini və kreditorların tələblərinin bildirilməsini təsdiq edən sənəd (ən azı 60 gün);
5) Şirkətin möhürü.
Şirkət müflis elan edildikdə, vergi orqanına onun müflis elan edilməsi haqqında məhkəmənin qərarı və ya borclunun müflis elan edilməsi haqqında kreditorların ilkin yığıncağının qərarı təqdim edilməlidir.
Cəmiyyəti hüquqi şəxslərin dövlət reyestrindən çıxartmaq üçün ləğvetmə komissiyası (təsviyəçi) qalan əmlak bölündükdən və ya istifadə edildikdən sonra 10 gün müddətində Azərbaycan Respublikasının Vergi Xidmətinə aşağıdakı sənədləri təqdim etməlidir:
1. Ləğvetmə balansı;
2. Qalan əmlakın bölünməsi (istifadəsi) haqqında hesabat və əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənəd (iştirakçılarla yekun hesablaşmanı təsdiq edən akt); ayrılmış məbləğin bankda iştirakçının adına açılmış hesaba depozitə qoyulmasını təsdiq edən hesabdan çıxarış və digər ödəniş sənədləri;
3. Hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli, möhürü (“ləğv prosesindədir” yazısı ilə);
4. Səhmdar cəmiyyətləri münasibətdə – səhmlərin tədavüldən çıxarılması haqqında Qiymətli Kağızlar üzrə dövlət orqanından arayışı.
Təqdim edilmiş sənədlər qanuni tələblərə uyğundursa, vergi orqanı 7 gün müddətində şirkətin dövlət reyestrindən çıxarılmasını təmin edir.
Tez-tez verilən suallar
Xarici hüquqi şəxsin filialın/nümayəndəliyinin ləğvi necə həyata keçirilir?
Xarici şirkətin filialı və ya nümayəndəliyi ləğv edilərkən yerli şirkətlərin ləğvi ilə eyni qaydalar tətbiq edilir.
Şirkət neçə müddət ərzində ləğv edilə bilər?
Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğvi prosesi haqqında məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi gündən 1 ildən çox olmamalıdır.
Bu müddət başa çatarsa, ləğvetmə prosesi yenidən başlayır.
Şirkət etibarnamə əsasında ləğv edilə bilər?
Bəli. Bu proseduru həyata keçirmək üçün biz etibarnamənin geniş mətnini tərtib edib notarial qaydada təsdiq üçün sizə təqdim edə bilərik.
EMZE sizə necə kömək edə bilər?
Bu məqaləni oxuduz, amma şirkəti özünüz ləğv edə biləcəyinizdə əmin deyilsiniz? Problem deyil!
Mən sizə hüquqi yardım göstərməyə, şirkətin təsis edilməsi (açılması), ləğv edilməsi, bank hesabların açılması və bu kimi digər xidmətlər üzrə kömək etməyə həmişə hazıram.
Biznes hüququ sahəsində digər xidmətlərimizlə “Xidmətlər” bölməsində tanış ola bilərsiniz.
Artıq hüquqşünas axtarmaq ehtiyac qalmır, sadəcə Emilə Zəng Elə!
#ləğvetmə #şirkət #vergi #Azərbaycan #hüquq #EMZE #Law