Xidmətlər / Miqrasiya hüququ
Miqrasiya hüququ
EMZE Azərbaycana immiqrasiyada sizə necə kömək edə bilər?
Azərbaycana gəlmək istəyirsiniz, lakin Azərbaycana giriş qaydaları və prosedurları barədə bixəbərsiz?
“İş icazəsi nədir və kimə lazım ola bilər?, “Müvəqqəti yaşamaq icazəsi kartı itirilibsə nə etmək lazımdır?”, “Viza nədir və hansı ölkələrə tələb olunur?” kimi suallar sizdə yaradıbsa, deməli
Düzgün yerə GƏLMİSİNİZ!
Miqrasiya sahəsində uzunmüddətli təcrübəyə malik olan hüquqşünas olaraq, aşağıda göstərilmiş hüquq xidmətləri göstərirəm:
– Miqrasiya məsələləri üzrə ilkin ümumi konsultasiya (viza, müvəqqəti yaşamaq icazəsi, daimi yaşamaq icazəsi, olduğu yer üzrə qeydiyyat və s.);
– Xüsusi məsələlərin müzakirə edilməsi;
– Problemlərin mümkün həlli yolların və perspektivlərin izah edilməsi.
– Əcnəbi vətəndaşların olduğu yer üzrə qeydiyyat aparılması (otel, mənzil, fərdi ev və s.);
– Qeydiyyat aparılması üçün əcnəbilər üçün uyğun mənzillərin axtarışında köməklik;
– Olduğu yer üzrə qeydiyyatın aparılması üçün lazım olan sənədlərin hazırlanması.
– Viza tələbləri, müraciət etmə qaydaları və prosedurlarına dair hüquqi konsultasiya;
– Vizanın alınması üçün lazımi sənədlərin hazırlanması və vizanın alınmasında hüquqi dəstək və konsultasiya (e-viza daxil olmaqla);
– Vizanın alınması prosesində Müştərinin hüquqi müşayiəti.
– Müvəqqəti yaşamaq icazəsinin tələbləri, müraciət etmə qaydaları və prosedurlarına dair hüquqi konsultasiya (MYİ);
– Müvəqqəti yaşamaq icazəsinin alınması üçün lazımi sənədlərin hazırlanması;
– Vizanın alınmasında hüquqi dəstək və konsultasiya (e-viza daxil olmaqla);
– Müvəqqəti yaşamaq icazəsinin alınması prosesində Müştərinin hüquqi müşayiəti.
– Daimi yaşamaq icazəsinin tələbləri, müraciət etmə qaydaları və prosedurlarına dair hüquqi konsultasiya (DYİ);
– Daimi yaşamaq icazəsinin alınması üçün lazımi sənədlərin hazırlanması;
– Vizanın alınmasında hüquqi dəstək və konsultasiya (e-viza daxil olmaqla);
– Daimi yaşamaq icazəsinin alınması prosesində Müştərinin hüquqi müşayiəti.
– İş icazəsinin tələbləri, müraciət etmə qaydaları və prosedurlarına dair hüquqi konsultasiya (İş icazəsi);
– İş icazəsinin alınması üçün lazımi sənədlərin hazırlanması;
– Əmək vizanın alınmasında hüquqi dəstək və konsultasiya (e-viza daxil olmaqla)
– İş icazəsinin alınması prosesində Müştərinin hüquqi müşayiəti.
– Azərbaycan vətəndaşlığının tələbləri, müraciət etmə qaydaları və prosedurlarına dair hüquqi konsultasiya (Azərbaycan vətəndaşlığı);
– Azərbaycan vətəndaşlığının alınması üçün lazımi sənədlərin hazırlanması;
– Azərbaycan vətəndaşlığının alınması prosesində Müştərinin hüquqi müşayiəti.
– Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidmətinin və digər dövlət orqanların qərarların məhkəmədə mübahisələndirilməsi.