Xidmətlər / Korporativ və Biznes hüququ
Korporativ və Biznes hüququ
Biznesinizə EMZE necə kömək edə bilər?
Azərbaycanda şirkəti açmaq və öz biznesə başlamaq fikirləşirsiz, lakin ilk hansı addım atılmalıdır bilmirsiniz?
Vergilər barədə düşünürsüz və öz biznesiniz üçün hansı vergi rejiminin daha əlverişli olduğunu bilmək istəyirsiniz?
Bu və bütün digər suallarınıza sizin üçün münasib olan istənilən vaxtda dəqiq və düzgün cavab ala bilərsiniz.
Korporativ və Biznes hüququ üzrə uzunmüddətli təcrübəyə malik olaraq, sizə aşağıda göstərilən hüquq xidmətləri göstərməyə hazıram:
– Azərbaycanda biznesə başlanması üzrə ilkin ümumi konsultasiya;
– İşin xüsusi detallarının müzakirə edilməsi;
– Məsələlərin mümkün həlli yolların və perspektivlərin izah edilməsi.
– Şirkətin açılmasında hüquqi dəstək (MMC, QSC, ASC və s.), o cümlədən filial və nümayəndəlik;
– Azərbaycanda “Hazır biznes”-lərin alınmasında hüquqi konsultasiya və dəstək (alğı-satqı müqavilələrin hazırlanması, biznesin qiymətləndirilməsi);
– Lazım olan sənədlərin hazırlanması (nizamnamə, ərizə-anket, qərar);
– Şirkətin ünvanı və bank hesabları ilə bağlı hüquqi yardım.
– Restrukturizasiya, Birləşmə və ayrılma, ləğvetmə və müflisləşmə zamanı hüquqi məsləhət və hüquqi yardım;
– Kreditorların və ya debitorların hüquq və mənafelərinin müdafiəsi məqsədilə müflisləşmə və iflası, və ya ləğvetmə prosesi ilə bağlı ümumi hüquqi məsləhət və yardım;
– Şirkətlərin ləğvi, müflisləşmə və iflası üzrə hüquqi məsləhət və bu prosedurlar zamanı şirkətlərin və səhmdarların mənafelərinin təmsil olunması;
– Müflisləşmə və iflas prosesi zamanı aktivlərin idarə edilməsi;
– Müflisləşmə və iflas ilə bağlı yenidən təşkili və sağlamlaşdırma.
– Şirkət daxili etik məcəllələrin hazırlanması və tətdbiq edilməsi və komplayens;
– Biznes və ya şirkətlə bağlı hüquqi və vergi komplayens.
– Tender tələbləri ilə bağlı lazım olan sənədlərin hazırlanması (tender təklifi, qiymət cədvəli);
– Xidmətlərin göstərilməsi ilə bağlı müqavilələrin hazırlanması və şərtlərin müzakirə edilməsində hüquqi yardım.
– Bütün korporativ və biznes prosedurları zamanı müştəri mənafelərinin təmsil edilməsi (şirkətin qeydiyyata alınması, yenidən təşkil edilməsi, restrukturizasiya, likvidasiya, müflisləşmə və iflas, icra orqanının dəyişilməsi və s.);
– Xarici ölkələrdə biznesin alınması ilə bağlı müştəri maraqlarının təmsil edilməsi;
– Yaranan və yaranmış mübahisələr üzrə hüquqi risklərin idarəedilməsi;
– Əmlak Məsələləri üzrə Dövlət Xidmət, Dövlət Vergi Xidməti və digər dövlət orqanların qərarların mübahisələndirilməsi.