Əmək hüququ və HR

Əmək hüququ üzrə məsələləri ilə EMZE Sizə necə kömək edə bilər?

      Hüquqlarınız müdafiə edə biləcək Əmək hüququ üzrə hüquqşünasın axtarışındasız? İş yerinizdə ədalətsizliklə rastlaşdız və ədalətin bərpasını axtarırsız?
      Müştəriyə yönəlik yanaşma ilə mən əmək müqavilələrini yalnız əmək qanunvericiliyinə uyğun tərtib etməklə kifayətlənmirəm, həmçinin yerli və xarici investisiyalı şirkətlərə əmək qanunvericiliyi üzrə hərtərəfli yardım etməklə bir sıra məsələlərə dair məsləhətlər verirəm.       
       Bu və bütün digər suallarınıza sizin üçün münasib olan istənilən vaxtda dəqiq və düzgün cavab ala bilərsiniz.

        Əmək hüququ və HR məsələləri üzrə sizə aşağıda göstərilən hüquq xidmətləri göstərməyə hazıram:

– Əmək münasibətləri və HR məsələləri üzrə ilkin ümumi konsultasiya;
— Xüsusi məsələlərin müzakirə edilməsi;
– Problemlərin mümkün həlli yolların və perspektivlərin izah edilməsi.

– Əmək və kollektiv müqavilələrin hazırlanması, dəyişilməsi, xitam verilməsi və bağlanılmasında hüquqi dəstək;
– İşçinin qanunsuz işdən çıxarılması (hüquqi yardım);
– Əmək şəraiti, istirahət vaxtı, əmək haqqı, attestasiya, məzuniyyət, intizam məsuliyyəti və digər məsələlər üzrə işçi ilə işəgötürən arasında yaranan mübahisələrin həll olunmasında hüquqi yardım;
– Yaranmış mübahisələrin danışıqlar yolu ilə həll edilməsi və dövlət orqanlara müraciət edilməsi;
– Əmək qanunvericiliyi üzrə hüquqi rəylərin hazırlanması.

– İnsan resursların inkişaf prosesinin monitorinqi, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması;
– İşçilərin axtarılması və işə götürülməsi (Recruiting);
– İşçilərin şəxsi işlərin yaradılması və aparılması, iş vaxtının nəzarəti, işəgötürmə və işdən çıxma prosesləri üzrə sənədləşmə işlərinin aparılması;
– Şirkətin bütün vəzifə təlimatlarının hazırlanması;
– Elektron sistemində lazımi əməliyyatların icra edilməsi (E-GOV, EMAS, E-SOSIAL);
– İşçilərin sosial və icbari sığortalanması;
– Əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin işə götürülməsi prosesin tənzimlənməsi, MYİ, DYİ, iş icazələrin alınmasında hüquqi müşayiət;
– Məzuniyyətlərin rəsmiləşdirilməsi və nəzarət edilməsi;
– Əmək haqqının hesablanması;
– Aylıq, rüblük, illik hesabatların hazırlanması və təqdim edilməsi.

– Bütün Əmək və HR prosedurları zamanı müştəri mənafelərinin (işçi, işəgötürən, dövlət orqanı) təmsil edilməsi (işəgötürmə, payroll, işdənçıxma, pensiya, əmək mübahisələri, məzuniyyət və s.;
– Əmək və HR məsələləri üzrə hüquqi rəylərin hazırlanması;
– Yaranan və yaranmış mübahisələr üzrə hüquqi risklərin idarəedilməsi;
– Fərdi və kollektiv mübahisələrin həll edilməsi;
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Məşğullu Agentliyi və digər dövlət orqanların qərarların mübahisələndirilməsi.

Emilə Zəng Elə!

VƏ YA

İlkin konsultasiyaya yazıl!

Yardım üçün müraciət et!

State-of-the-art AI lawyer ready to answer any questions and book a consultation. Try it now