EMZE sizə necə kömək edə bilər?
Mən, Emil Xudiyev, Azərbaycanda hüquq xidmətləri ilə müştərilərin mövqe və mənafelərini üstün tutan və daim onların məmnuniyyətini hədəfləyən hüquqşünasam.
Əsas məqsədim sizin ən sadə və asan yolla, keyfiyyətli, əlçatan və Yüksək Səviyyəli hüquqi xidmətlərdən yararlanmağınızı təmin etməkdir.
Azərbaycanda ilk dəfə bütün hüquq xidmətləri bir ünvanda! EMZE-də!
EMZE biznes, korporativ, vergi, miqrasiya, ailə, mediasiya, əmək, müqavilə və digər sahələrdə hüquqi yardım göstərir.
EMZE hansı xidmətləri göstərir?
Miqrasiya və visa üzrə hüquqi yardım
MYİ, DYİ, iş icazələrin, Azərbaycan vətəndaşlığının alınması, viza üçün müraciət edilməsində hüquqi dəstək və s.
Korporativ və Biznes hüququ
Şirkətlərin təsis edilməsi və ləğvi, şirkətin daxili sənədlərin (qərar, əmr, sərəncam, vəzifə təlimatı) hazırlanması və s.
Müqavilə hüququ və sənədləşmə
Bütün növ müqavilələrin hazırlanması (alğı-satqı, kirayə, faktorinq, lizinq, podrat və s.)
Əmlak hüququ
Torpaq, ev, mənzil və digər növ daşınmaz əmlakların alınması və qeydiyyatda keçirilməsində hüquqi yardım.
Dövlət orqanlarında təmsili
Müştərinin hüquq və mənafelərinin bütün dövlət orqanlarında təmsil edilməsi.
Ailə məsələləri və Vərəsəlik
Nikah, boşanma, övladlığa götürülmə, aliment, əmlakın bölüşdürülməsi və vərəsəlik kimi məsələlər üzrə hüquqi məsləhət.
Mediasiya və Mübahisələrin həlli
Yaranan mübahisələrin mediasiya yolu ilə məhkəməyə qədər həll olunmasında hüquqi dəstək.
Əmək hüququ və HR
Personalın idarəedilməsi, HR sisteminin monitorinqi və inkişafı, habelə Azərbaycan əmək qanunvericiliyi və əmək məsələləri üzrə hüquqi dəstək.
Əqli Mülkiyyət və IT
Əmtəə nişanlarının və patentlərin yerli və beynəlxalq qeydiyyatı, müəllif hüquqlarının, ixtiraların, sənaye nümunələrinin qorunması və s.
Apostil, leqalizasiya və sənədlərin notarial təsdiq edilməsi
Apostil, leqalizasiya və sənədlərin notarial təsdiq edilməsində hüquqi yardım.